Xəzərin sahilində yeni tikintilərin aparılması məhdudlaşdırılacaq


Abşeronun dayanıqlığının artırılması üçün Xəzər dənizinin təbii sahil xəttinin qorunması tələb olunur.

Sozcu.info-nun xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, bunun üçün Baş Plan çərçivəsində aşağıdakılar tövsiyə olunur:

1. Sahil xətti boyu yeni şəhərsalma inkişafının məhdudlaşdırılması Sahil xətti boyu yeni şəhərsalma inkişaflarına yalnız müstəsna hallarda və ətraf mühitə təsirlərin ətraflı qiymətləndirilməsi aparıldıqdan sonra yol verilməlidir.

2. Yol verilən yeni şəhərsalma təşəbbüsləri istisnasız olaraq müəyyən edilmiş planlaşdırma normalarına və sanitar-mühafizə zonası tələblərinə uyğun həyata keçirilməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti