8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Elnur Baxış adlı oxucumuz tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova və Əmək və Əhalinin sosial müdafiə naziri Sahil Babayeva müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Mehriban xanım!
Hörmətli dövlət və təşkilat rəhbərləri!
Məlumunuz olsun ki, 1960-cı ildə anadan olan Əliyev Şahin Yusif oğlu Gəncə şəhər Alüminium zavodunda, Yüksək təzyiqlə emal və boyama sexində presləyici maşının operatoru vəzifəsində çalışıb. Bir müddət köhnə alüminium zavodunda çalışıb. Onunla birlikdə zərərli yerdə işliyən şəxslər qanuni şəkildə təqaüdə çıxıblar. Əliyev Şahin Yusifoğlunun 9 il iş stajı çatmır ki, zərərli sahədə çalışan işçi kimi təqaüdə çıxsın.
O, 2 ildən çoxdur sənədlərini hazırlayıb, Gəncə Apellyasiya məhkəməsinə təqdim edib ki, onu qanunsuz olaraq pensiyaya çıxarsın. Əliyev Şahin Yusif oğlu hər yerdə danışırki, Gəncə Apellyasiya Məhkəməsinə 3 min manat rüşvət vermişəm ki, məni 57 yaşımdan pensiyaya çıxarsın, 7 illik pulumu da alacağam.
Hörmətli Mehriban xanım!
Hörmətli Sahil müəllim!
Sizlərdən xahiş edirəm ki, belə qanunsuz əməllərə qarşı tədbir görəsiniz. Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm”.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.