Salyanda yarım milyonluq bina təmiri - Qalib şirkət kimindir?


Salyan Rayon İcra Hakimiyyəti "KRB Projects” MMC ilə maliyyə dəyəri 433 331,21 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 

Şirkət icra hakimiyyətinin Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "KRB Projects” MMC 15 aprel 2021-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 62 700 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 32, mənzil 45-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Vurğun Mirbəşir oğludur. 

"KRB Projects” MMC ölkənin ən iri inşaat şirkətlərindən biridir. Şirkət dövlət satınalmalarından da fəal iştirak edir. Şirkətin qanuni təmsilçisi Vurğun Məmmədov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"KRB Projects” MMC ötən il Salyan Rayon İcra Hakimiyyəti ilə iki satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə Salyan şəhərində küçələrin əsaslı təmiri ilə bağlıdır. Müqavilələrin toplam maliyyə dəyəri 576 256,75 AZN-dir. 

Bu arada qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyəti ötən il də çoxmənzilli kommunal binaların əsaslı təmiri işləri ilə bağlı tender keçirib. Həmin tenderin qalibi "Avtoyoltikintiservis” MMC seçilib. Şirkətin təklifi 108.426,75 AZN olub. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2016-cı ildə rayona rəhbərlik edir. \\Qaynarinfo 



Oxşar Xəbərlər

Xəbər lenti