8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda həbsdə olan Sərxan Tağıyevdən ölkə rəhbərliyinə sensasion müraciət
Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 45 ünvanında yaşayan və hazırda günahsız olaraq həbsdə olduğunu bildirən Tağıyev Sərxan Rəfael oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Ali Məhkəmənin sədri İnam Kərimova və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mənim illər öncədən Şəmkir rayon sakini Mansurov Ramiz Tanırverdi oğlu ilə qarşılıqlı armatur alqı-satqısı ilə bağlı əlaqələrim olmuşdur. Həmçinin, təqribən 2011-ci ildən Seyidov Seydəmir Seyfulla oğlunu (Qeydiyyat ünvanı Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 53 ünvanında qeydiyyatda olan və Nərimanov rayonu S.Ələsgərv küçəsi, ev 5 ünvanında yaşayan) tanımışam. Həmin tarixdən etibarən o, məndən və mənim tanıdığım digər şəxslərdən, o cümlədən Ramiz Mansurovdan armatur almış, aramızda bununla bağlı münasibətlər yaranmışdır. İlk vaxtlar aldığı armaturun pulunu tezliklə qaytarırdı. Bunun nəticəsində, zamanla ona inamım yaranmış və istədikcə ona nisyə mal vermişəm.
2014-cü ildə Seyidov Seydəmir Seyfulla oğlu məndən və digər armatur satan şəxslərdən cəmi 380 000 manatlıq armatur almış, pulunu verməmişdir. İlk vaxtlar bildirmişdir ki, pulu qardaşı Seyidov Tofiq Seyidqulu oğlunun hüquq-mühafizə orqanlarında olan probleminə xərcləyib, tezliklə qaytaracaq.
Belə ki, qardaşı Seyidov Tofiq Seyidqulu oğlunun Qobustanda notarius işlədiyini, həmin zaman işdən çıxdığını, bununla bağlı problemləri olduğunu və pulu ora xərclədiyini bildirmişdi. Bundan sonra hər dəfə bir bəhanə ilə pulları qaytarmamışdır. Seyidov Seydəmir Seyfulla oğlunun Ziya adlı oğlu ilə əlaqə saxladıqda, o da pulu əmisi Tofiqin mənimsədiyini bildirmişdir. Seyidov Tofiq Seyidqulu oğlu ilə görüşdükdə o da bildirmişdir ki, pulu tezliklə qaytaracaq.
Bir müddət sonra Seyidov Seydəmir Seyfulla oğlu mənə bildirmişdir ki, pulu qaytara bilmir, ancaq mənə və digər şəxslərə borclu olduğunu sübut etmək üçün borc müqaviləsi bağlaya bilər. Bundan sonra Seyidov Seydəmir Seyfulla oğlu ilə mənim aramda onun mənə 380 000 manat borcunun olması barədə borc müqaviləsi imzalanmışdır. Hansı ki, həmin məbləğin 182.000 manatı Ramiz Mansurovdan alınmış armatur məhsullarının dəyəri ilə bağlı idi. Qeyd edim ki, biz Seyidəmirlə borc müqaviləsi bağladığımızı dedikdə, Ramiz Mansurov özünün gələ bilmədiyini və onunla bağlı məbləği də müqavilədə göstərməyimizi xahiş etmişdi. Mən də bir tanış və eyni bölgədən olan şəxs kimi ona kömək etmək məqsədi ilə Ramiz Mansurova ödənilməli məblğin də borc müqaviləsində göstərilməsinə razılıq vermişdim.
Cənab Prezident!
Seyidov Seydəmir Seyfulla oğlu 380 000 manat pulu qaytarmadığı üçün mən və Ramiz Mansurov birlikdə hüquq mühafizə orqanlarına, daha dəqiq desək, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə şikayət etdik. Sonradan bu iş Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nizami Əbilova verildi. Nizami Əbilov ilk vaxtlar mənə bildirirdi ki, tezliklə pulları alıb qaytaracaq. Sonradan isə mənə anlamadığım üçün Seyidov Seydəmir Seyfulla oğluna qarşı hər hansı tələbimin olmaması barədə ərizə yazdırmışdır. Bundan sonra müstəntiq Nizami Əbilov məni hədələməyə başlamış, pulu ödəməyəcəyim halda mənim həbs olunacağımı bildirmişdir.
Qeyd etmək istəyirəm ki, Ramiz Mansurov mənə tanışları vasitəsi ilə söz göndərmiş, pul verilməycəyi halda məni tutduracağını, polislə danışdığını, alınacaq pulun 30 faizini onlara söz verdiyi üçün məndən əl çəkməyəcəklərini bildirmişdi. Başa düşə bilmirdim ki, hüquq mühafizə orqanları mənim heç bir günahım olmadığı halda məni niyə incidirlər? Bu səbəbdən, müxtəlif instansiyalara şikayət ünvandım. Həmin şikayətlərdən sonra mənə olan hədələr səngidi, həmçinin iş Ravic adlı müstəntiqə verildi. Raciv də mənə tezliklə zərərin ödəniləcəyini, əks halda Seyidov Seyidəmirin həbs olunacağını bildirdi. Bir müddət sonra Başı Şəhər Polis İdarəsində araşdırma dayandı və mənə işin nəticəsi ilə bağlı hər hansı cavab verilmədi. Sonradan bununla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində araşdırma aprılıb və nəticədə mənim təqsirim olmadığı bir daha sübut olunmuşdur.
06 may 2021-ci il tarixdə cinayət işinin icraatı Nərimanov RPl-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərova həvalə edildiyindən, cinayət işinin icraatı təzələnmiş, icraata qəbul edilərək, elə həmin gün “cinayəti törətmiş şəxs müəyyən olunmadığına görə” cinayət işinin icraatı dayandırılmışdır. 23 sentyabr 2021-ci il tarixdə baş müstəntiq Mehman Ələsgərov tərəfindən iş üzrə müəyyən istintaq hərəkətlərinin icrası ilə bağlı işin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. 23 sentyabr 2021-ci il tarixdə baş müstəntiq Mehman Ələsgərov tərəfindən heç bir əsas olmadan, mənim guya Azərbaycan Respublikası CM- nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməyimə əsaslı şübhələr olduğundan, şübhəli şəxs qismində tutulmuşam. 25 sentyabr 2021-ci il tarixdə baş müstəntiq Mehman Ələsgərov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və mənə həmin maddə ilə ittiham elan edilmişdir.
Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat versə də, məhkəmə bunu təmin etməmişdir.
Mehman Ələsgərov həmişə qeyd etmişdir ki, Elgiz Qənizadə onun dostudur, ona görə də bütün istintaq hərəkətləri zamanı onu əvəz edirdi. Həmin dövrdə Mehman qardaşımla danışıb deyib ki, 2000 (iki min) manat pul ver, Elgizlə bir yerdə bu məsələni həll edək, Seyidəmir barəsində cinayət işi başlayaq, pulunuzu alaq qaytaraq. Qardaşım da 2000 (iki min) manat pulu borc taparaq aparıb verib. Amma Mehman deyib ki, mən səndən pulu götürə bilmərəm, Aybəniz adlı bir qadını Polis İdarəsinə çağırıb, pulu ona verməyini istəyib. Qardaşım pulu sayıb həmin qadına verdikdən sonra, hər ikisi Mehmanın otağına qalxıblar. Aybəniz xanım pulu Mehmana verib və bundan sonra Mehman bildirib ki, Elgiz onun yaxın dostudur, Binəqədi rayonunda bir yerdə işləyiblər və çox işlər görüblər, arxayın ol, qardaşın 1 saata qədər məhkəmədən azadlığa buraxılacaq.
Onu da qeyd edim ki, o, öncə 10 000 (on min) manat istəyirmiş. Qardaşım bildirib ki, nə onun günahı var, nə də bizim o qədər pulumuz. Sonradan 2000 (iki min) manata razılaşıb. Daha sonra Mehman deyib ki, Elgizlə danışmışam, prokuror da sənin günahın olmadığını bilir, işə xitam veriləcək.
Xeyli get-gəldən sonra mən gördüm ki, bunun fikri başqadır. Mən ona irad tutdum ki, niyə belə edirsən, sən də bilirsən ki, mənim günahım yoxdur. Əlavə etdim ki, bu barədə nazirliyə, Baş prokurora şikayət yazacağam. O isə cavabında bildirdi ki, “hara yazırsan yaz, mənim arxamda o boyda DTX, Elgizin arxasında isə keçmiş deputat, indiki hüquq müdafiəçisi atası Çingiz Qənizadə durur”.
Nəhayət, qardaşım onun qanunsuz işləri ilə bacarmayacağımızı görüb, pulyığanı Aybəniz xanıma müraciət edib. Aybəniz xanım isə öz növbəsində qardaşıma bildirib ki, Mehmana zəng çatmır, onun köməkçisi Cavadla danışıb, Mehman gələndə deyəcək. Sonra Aybəniz xanım zəng vurub ki, Mehman əlavə 3000 (üç min) manat pul istəyir ki, işə prokurorluqda xitam verilsin, Elgizlə danışıb. Qardaşım 3000 (üç min) manat pulu tapıb, aparıb Aybənizə verib və vədləşiblər ki, Mehmanın yanına getsinlər. Dedikləri kimi, səhəri gün Mehmanın yanına gediblər. Həmin vaxt Aybəniz həmin pulu da Mehmana verib. Bundan sonra Mehman deyib ki, arxayın gedin.
Təxminən 1 ilə yaxın vaxt keçəndən sonra Mehman mənə dedi ki, sabah vəkilinlə bir yerdə prokurorluğa get, Elgiz sizi gözləyir, işə xitam verəcək. Biz Elgizin yanına getdik, o isə bildirdi ki, mən sizi çağırmamışam, gedin Mehmanın yanına. Biz də onun dediyi kimi, yenidən Mehmanın yanına gəldik. Bu zaman əməliyyatçılar dedi ki, sizi aparırıq, haqqınızda sanksiya var. Təbii ki, mənim vəkilim Anar Məmişov buna etiraz etdi və onlara bildirdi ki, məhkəməyə özüm aparacam. Onu da qeyd edim ki, biz məhkəmədə olan saatdan sonra təqdimat verilib. Yenə də Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin etmədi.
Bundan sonra Elgizlə Mehman işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. İşə yalandan yazıblar ki, guya mən iki dəfə ağır xəstəlik keçirmişəm, iş ona görə uzanıb, amma məqsəd prokurorun məzuniyyətə getməsi idi. Mehmana bu barədə deyəndə bildirib ki, hara ürəyin istəyir get, mənim arxamda o boyda DTX durur. Nə yaxşı ki, qardaşım pulları verəndə danışıqları yazdırıb.
Qeyd etmək istəyirəm ki, cinayət işini materiallarında 26 sentyabr 2021-ci il tarixli qərarla (cild 4 səhifə 47-48), 14 iyun 2022-ci l tarixədək, eyni zamanda 17 iyun 2022-ci il tarixli (cild 4 səhifə 186-187) qərarla 13 iyul 2022-ci il tarixədək guya mənim xəstəliyimlə əlaqədar cinayət işinin ibtidai istintaqının AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılması barədə qərarlar var. Lakin həmin qərlaların mənə təqdim edilməsi və xəstəliklə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyil. Digə tərəfdən, qəribədir ki, iki dəfə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimat, eyni zamanda ittiham aktının təsdiqlənməsi həmin vaxt Qənizadə Elgiz Çingiz oğlu tərəfindən həyata keçirilmişdir.
Digər tərəfdən, ittiham aktında guya mənim tanışım Seyidov Seyidəmir Seyfulla oğlu ilə “qabaqcadan əlbir olan bir qrup şəxs” halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışım Mansurov Ramiz Tanırverdi oğlu və onun şəriki Ərəbov Sərəddin Yaqub oğlunun etibarından sui-istifadə edərək, dələduzluq etmişəm. Sübutların qiymətləndirilməsi barədə qərarda isə Seyidov Seyidəmir Tofiq oğlunun təqsirinin sübuta yetirilməməsi qeyd olunub. Həmçinin, sonradan daha bir “zərərçəkmiş” şəxs Ərəbov Sədrəddin də işə cəlb olunmuşdur. Məhkəmədə hər iki “zərərçəkmiş” bir-birini təkzib edən ifadələr verdilər.
Həmin dələduz Seyidov Seyidəmir Seyfulla oğlu mənə qarşı da 200.000 (iki yüz min) manat məbləğində dələduzluq edib. Yuxarıda qeyd etdiyim kimi borc müqaviləm və pulu alması barəsində səs yazısı var. Amma mənim bu sübutlarımın olmasına baxmayaraq heç maraqlanan da yoxdur. Ramiz mənə şər atır, nəyinsə qarşılığında mənə cinayət işi açıblar. Onu da qeyd edim ki, Bakı şəhərində Ramizin bütün məhkəmələrdə işi gedir. Bu adam insanlara şər atmaqdan bezmir. Ramizə sual verən yoxdur ki, bu pulları haradan almısan (bu 10 milyonları).
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyev də bu işlə tanış olubsa, yəqin ki, mənim tam günahsız olmağımı, əksinə özümün zərərçəkmiş olmağımı yaxşı bilir. Lakin hakimin bizim vəsatətləri təmin etməməsi, ibtdai istintaqı aparmış müstəntiq Ələsgərov Mehman Ələkbər oğlu və ittiham aktını təsdiq etmiş Qənizadə Elgiz Çingiz oğlunu və digər şəxsləri şahid kimi çağırıb dindirməməsi bizdə hakimin qərəzli olması ilə bağlı müəyyən şübhələr yaradır.
Mən özümün pulumu qaytara bilmədiyim halda, əlimdə 380 000 manatlıq borc müqaviləsi olduğu halda hansı dələduzluğu etmiş ola bilərəm? Sizdən xahiş edirəm ki, mənim şikayət ərizəmin hərtərəfli, tam və obyektiv araşdırılması ilə göstəriş verəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.