“2 min manat rüşvət vermədiyim üçün pensiyam kəsildi” – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR


Naxçıvan şəhəri, Sədərək rayon sakini Qədimov Nurəddin Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rəsmi qurumlar ona qarşı haqsızlıq edir:

“Mən, Qədimov Nurəddin Məhərrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat verim ki, 2011-ci ildə ağciyər xəstəliyi diaqnozu ilə, II qurup üzrə pensiyaya çıxdım. 2021-ci ildə - növbəti komissiyanın vaxtında qəbul şöbəsində olan İlqar həkimin yanında yoxlanıldım. Lakin bu zaman xəstəliyimlə bağlı sənədlərimi vermək üçün məndən 2 min manat pul istədilər.

Keçən ilin mart ayında həmin xəstəxananın baş həkimi Günay xanım məni bir də komissiyaya göndərdi. Yenidən mənim II qrup əlilliyim təsdiqləndi. Komissiyadan keçən zaman bildirdilər ki, get dispanserdən sənəd al, apar Şərur rayon komissiyasına ver. Lakin İlqar həkim və Günay həkimə 2 min manat pul vermədiyim üçün pensiyam kəsildi.

Qeyd edim ki, şəxsən adlarını çəkdiyim şəxslərin özləri məndən o qədər pul istədilər.

İndi hara şikayət edəcəyimi bilmirəm, artıq yorulmuşam. Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənim əlilliyim araşdırılıb, yenidən qiymətləndirilsin. Necə olur ki, 2 min manat pul versəydim əlil olacaqdım, vermədim deyə əlil olmadım?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti