8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhəri, Şahbuz rayon sakinləri olan bir qrup əlil tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Yeni ildə onlara ayrılan yardım mənimsənilib:
"Biz öz haqqımızı tələb edə bilmirik. Çünki səsimizi çıxaran kimi bizi dövlətdə işləyən yaxınlarımızla təhdid edirlər. Bayram qabağı bizlərə ayrılan yardımı vermədilər. Həmkarlar İttifaqından soruşanda isə, "Rəfael Babayev sizə çatacaq yardımı şəhid ailələrinə verdi", - deyə cavab verdilər. Bu səbəbdən də əliboş qayıtdıq. Biz əlillər sizdən xahiş edirik ki, problemimizi işıqlandırın, bəlkə bu özbaşınalıq sona yetər".
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.