"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - 44 günlük savaşada sürücü olaraq xidmət göstərən şəxsdən rəsmi qurumlara MÜRACİƏT


Qazax rayon sakini Cəfərov Arif Zakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sürücü kimi 44 günlük müharibədə iştirak etdiyini bildirən şikayətçi deyir ki, nazirlikdən onun xəstəliyimə laqeyd yanaşırlar:

“Mən, Cəfərov Arif Zakir oğlu, yazaraq bildirirəm ki, Aprel döyüşlərində və 44 günlük müharibədə "maxe" sürücü kimi zəfərin iştirakçısı olmuşam. Qələbədən 8 ay sonra tərxis edilmişəm.

Müharibədən sonra səhhətimdə ciddi problemlər ortaya çıxdı, hətta qaraciyər serrozu diaqnozu qoyuldu. Səhhətim kəskin ağırlaşmışdı.

Vətənimiz üçün 2 əsgər övladı böyüdürəm. Rəsmi və qeyri-rəsmi gəlirim yoxdur. Oğlum zibil tullantılarından dəmir yığıb satmaqla məşğuldur. Evə tək gəlir gətirən odur. Bir reseptim 800 AZN tutur, sosial yardım olaraq isə 220 AZN verilir.

İmkansızlığın ucbatından qaraciyər serrozu xəstəliyindən ciyər çatışmazlığına gəlib çatmışam.

Mart ayının 6-da Əlillərin Bərpa Mərkəzində olmuşam. Hərbçiləri qəbul edən həkim mənə kobudcasına bildirdi ki, sənə 1-ci dərəcəli əlillik verməyəcəyik, narazılığın var, get sən də özünü yandır.

Mənə 2-ci dərəcəli əlillik veriblər. Bəzi məmurlar o qədər harınlayıb ki, heç "prezidentin qəbuluna gedəcəm" söznü də veclərinə almırlar.

Xəstəliyimi bilib, ölümümü gözləyən adamam. Mən bu halımda dövlətimdən haqqımı ala bilmirəm. Bir tək ümidim Allahadır. O dünyada Allaha şikayət edəcəm.

2021-ci ildən pensiya üçün müraciət etdiyim halda, imtina verirdilər. Halbuki, səhhətim göz qabağındadır.

Sizdən xahişim odur ki, mənim vəziyyətimi ictimailəşdirin, bəlkə yuxarıda oturan vəzivəli şəxslər xəcalət çəkə”. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti