8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən raket zərbələrinə məruz qalan, nəticədə ev-eşikləri dağıdılan onlarla ailə müharibənin başa çatmasıdnan 4 il keçməsinə baxmayaraq hələ də evsizdir". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.Məqalədə daha sonra bildirilir: "Buna səbəb Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin vətədnaşlardan daha çox öz biznes maraqlarının qeydinə qalması, xalqın faciəsindən belə şəxsi mənfəəti güdməsidir. Elə bu səbəbdən də Ramin Abdullayev bu 4 il ərzində nəinki dağıdılkan evlərin bərpası istiqamətində heç bir addım atmayıb, vətəndaşların çarəsiz vəziyyətdə qalmasından istifadə edərək böyük sərvət əldə edib.Prezidentin verdiyi göstərişləri vecinə almayan vecsiz kimdir?Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev hələ müharibə dönəmində Gəncədə raket zərbələri nəticəsində dağıdılan evlərin bərpasına göstəriş vermiş, bunun üçün büdcədən milyonlarla manat məbləğində vəsait ayırmışdı. Həmin vaxt bu missiya tutduğu vəzifə səbəbilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevə həvalə olunmuş, ona tapşırılmışdı. Lakin prezidentin verdiyi göstərişə rəğmən Ramin Abdullayev bu tapşırığın icrasını məqsədli şəkildə ləngitmiş, prosesdən mümkün qədər qazanclı çıxmaq üçün müxtəlif yollara əl atmışdır. 700-dən çox ev və obyektin tikinti və təmiri prosesinə cavabdeh olan bu şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun “tövsiyəsi” ilə problemin həlli üçün özünə yaxın olan şəxslərin rəhbərlik etdiyi qondarma şirkətlərlə əlaqə yaratmış, dövlət vəsaitlərini “şapka” qarşılığında bu şirkətlərə yönəltmişdir. Nəticədə, Ramin Abdullayev, Namiq Hümmətov və daha bir neçə nəfər külli miqdarda vəsaitə sahib olsalar da, yüzlərlə vətəndaşın problemi həll olunmamış qalmışdır. Bir sözlə, Ramin Abdullayev Prezident İlham Əliyevin göstərişlərini məqsədli şəkildə icra etməmiş, bu göstərişlərin icrasını öz şəxsi biznes maraqlarına uyğunlaşdırmaq siyasəti yürütmüşdür.Gəncə sakinləri Prezidentə müraciət edəcək: “Kömək edin: Erməni faşizmi ilə bacardıq, Ramin Abdullayevlə yox!”Məhz bütün bunların nəticəsidir ki, Gəncə sakinləri yaxın günlərdə Prezidentə açıq məktubla müraciət etmək niyyətindədir. Onlar müraciətlərində Ramin Abdullayevlə Namiq Hümmətovun onların başına açdıqları Kərbəla müsibətindən bəhs etmək, erməni faşizminə qalib gəldikləri halda, bu iki məmurun harınlığı qarşısında aciz qaldıqlarını dövlət başçısının diqqətinə çatdırmaq niyyətindədirlər. Vətəndaşlar hesab edir ki, yalnız Prezident İlham Əliyevin məsələyə müdaxiləsi bu problemin həllini təmin edə bilər.Bununla birlikdə, vətəndaşlar bütün əlaqədar qurumları, eləcə də güc orqanlarını Ramin Abdullayev və onun himayədar Namiq Hümmətovun qanunsuz əməllərini araşdırmağa səsləyir, onlardan kömək diləyirlər".