17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
"Niyə, cənablar?". Dia-az.info bildirir ki, bu ritorik sualla növbəti dəfə "Azəriqaz"da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: " "Azəriqaz" İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib.İkisi də eyni balı toplayıb: 20 bal... İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır.Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", "hansı kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir(????).Bu halda sual edirəm: "Azəriqaz" İB seçim zamanı hansı amillərə üstünlük verib?Nepotizm... qadına qarşı diskrinimasiya... yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?"