Naxçıvanı BELƏ TİKİBLƏR... - DÖVLƏT BÜDCƏSİNİN RƏSMİ TALANI...

Naxçıvanı BELƏ TİKİBLƏR...
Havaların yağıntılı keçməsi ölkəmizin bir çox yerlərində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da müxtəlif fəsadlara nədən olub. Amma Naxçıvanda bir qədər fərqli... Yəni əgər digər rayonlarımızda problemlər sırf TƏBİİ xarakterli olubsa, Naxçıvanın hər yerində vəziyyət heç də eyni olmayıb.

Bu barədə dia-az.info-nu bilgiləndirən MR sakinlrəi söyləyir ki, yağış səbəbindən Naxçıvandakı 14 saylı orta məktəb rəsmən sel sularına təslim olub...

Naxçıvanı BELƏ TİKİBLƏR...

Sakinlər bununla bağlı redaksiyamıza konkret görüntüləri də təqdim ediblər.



VİDEO baxmaq üçün bura tıklayın...

Maraqlı orasıdır ki, 14 saylı “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunub və bəh-bəhlə MR-nın keçmiş rəhbərliyi tərəfindən təhvil alınıb.

Naxçıvanı BELƏ TİKİBLƏR...

Dia-az.info-ya danışan sakinlər bildirir ki, təkcə bu fakt sözütgeən təhsil ocağının inşası ilə bağlı baş vermiş büdcə yeyintisinin ifşasının müəyyən olunması üçün yetərlidir. Sakinlər dia-az.info-ya bildirir:

"Bu fakt a5raşdırılsa, “Arkoz İnşaat Şirkəti”nin bu 30 ildə nələr etdiyinin cüzi də olsa... bir hissəsi aşkara çıxar..."



Oxşar Xəbərlər

Xəbər lenti