Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir... - ETİRAZ VAR...

Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz Istismar Idarəsinin Kürdəmir Xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin 10 cu dərəcəli mühəndisi Abbasov Daşqın Vüqar oğlu üzləşdiyi haqsızlıqdan giley edir. Dia-az.İnfo-nun xəbərinə görə, Daşqın Abbasov ona verilən töhməti ədalətsiz hesab edir...

Narazı vətəndaşın müraciətində deyilir: "Mən 2 ci Qarabağ müharibəsi veteranıyam. Cənab prezident tərəfindən Ağdam və müharibə iştirakçısı medalları ilə təltif olunmuşam.

Vətən uğrunda sağlamlığımı qurban verən vicdanlı vətandaş kimi işlədiyim təşkilatda düzgün işləməyə baxmayaraq haqsız yerə töhmət verilib.

Mənəvi hüquqlarım pozulub..."

Qeyd edək ki, bu gileylə bağlı Dia-az.İnfo-ya açıqlama verən Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanımış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı narazılıq edən "Azəriqaz" işçisinə çıxış yolunu konkret olaraq göstərib. Olaya münasibət bildirən M.Qəhrəmanlı deyib:

"Düşünürəm ki, cənab Daşqın Abbasov ona verilən töhmətlə əlaqədar məhkəməyə müraciət etməlidir..."

Qeyd edək ki, başqa bir "Azəriqaz" çalışanı - Cavanshir Cahangirov isə olayı belə şərh edib:

"Bu "Azəriqaz"ın iş prinsipidir də, istənilən hər işçiyə dalbadal töhmət verirlər, yaxşı işlədin pis işlədin fərqi yoxdu.izahat yazdırırlar ora nə yazsan dəxli yoxdu töhmət hazırdı.töhmətləri yazırlar, istədikləri vaxt da çöldəsən.bu aşagı sinif işçilərə aiddir özü də.Rəhbərlər hoqqalardan çıxırlar, yüksək əmək haqqı da alırlar..."

Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...



Oxşar Xəbərlər

Xəbər lenti