8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağsu şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 141-ci məhəllənin sakini Şükürova Zülfiyyə Mahir qızı tərəfindən “Hurriyyet.az” saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2015-ci ildən işıqsız yaşayır, dəfələrlə müvafiq qurumlara müraciət etsə də, baxan olmayıb:
“Mən, Şükürova Zülfiyyə Mahir qızı, yazaraq bildirirəm ki, 2015-ci ildən bu günə kimi işıqsız yaşayıram. İndiyə kimi İcra Hakimiyyəti və “Azərişıq” mənə köməklik göstərməyib.
Oğlum hərbi xidmətdədir. Oğlumun əsgər yoldaşları pul yığıb, 100 manat göndəriblər ki, işıq çəkdirək. Ağsu Rayon İcra Hakimiyyəti heç kəsi qəbul etmir.
Onu da qeyd edim ki, Ağsu rayonunda qanunsuz işıq xətləri var. Lakin tək ananın evinə işıq çəkmirlər”.
Məsələ ilə bağlı “Azərişıq”ın mətbuat xidmətinə araşdırılmaq üçün məlumat verilib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.