8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda tayı bərabəri olmayan bir parklardan hesab edilən Ağstafada "Miniatür Azərbaycan Parkı" bərbad hala düşüb.
Sozcu.info 32gun.Az-a istinadla xəbər verir ki, bu gözəl park baxsızlıqdan bərbad vəziyyətə düşüb. Parkın əsaslı təmirə ehtiyacı var.
Yay aylarında istirahətə gələn qonaqların ən çox üz tutduğu parkın bu vəziyyətə düşməsi təəssüf doğurur.
Araşdırmalarımız zamanı əldə etdik ki, parkda sonuncu dəfə 2020-ci ildə təmizlik və yüngül təmir işləri görülüb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə sözügedən parka getməyə tənəzzül də etməyib.
Xatırladaq ki, 2013-cü ildə Prezident İlham Əliyev Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkının açılışında olub. O zaman cənba prezidentə məruzə edilmişdi ki, parkın tikintisinə 2012-ci ilin noyabrında başlanılmışdır. İnşaat işləri rayonun imkanları hesabına aparılmışdır.