28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
"Demək, "Kontakt Home" mağazasından məhsul almışam. Məhsul işləmədiyi üçün resetə vermişəm. Reset deyir məhsulu təmir etmək üçün ləvazimatlar yoxdur. Düzgün qulluq edilmədiyinə görə qüsur müştəridədir. Reallıq budur məhsulu 1 dəfə istifadə etmişəm. İşləməyib resetə vermişəm. İndi bunların dediyindən belə bir şey çıxır ortaya..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Hüseyn adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Məhsulun təmiri üçün ləvazimatlar olmadığı üçün müştərinin üzərinə atır.Ya da xarab məhsulu satırlar üzərilərindən atmaq üçün belə bəhanə edirlər.Ayıbdı... ələ salmayın... işinizi düzgün edin, "Kontakt Home"..."