24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
“Bakı Tikiş Evi” ASC-nin İnzibati Xətalar Məcəlləsini gömrük qaydaları əleyhinə olan maddəsini pozduğu məlum olub.
Sozcu.info xəbər verir ki, bu səbəbdən “Bakı Tikiş Evi” ilə bağlı cərimə protokolu tərtib edilib. Belə ki, ASC İXM-nin 485.2-ci maddəsini ppzub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Bakı Tikiş Evi” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 13 dekabr tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Bakı Tikiş Evi” ASC-nin sədri Fədail Rəhimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az/