“Əşyalarım mənzildə ola-ola, qanunsuz olaraq evimi sökürlər” - Nərimanov sakini “Gold Məkan” şirkətindən ŞİKAYƏTÇİDİR /


Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43, mənzil 28-də yaşayan Abdullayeva İradə Mahmud qızı tərəfindən  Hurriyyet.az saytının redaksiyasına  növbəti  şikayət məktubu daxil olub.   S aytımız vasitəsilə President İlham Əliyevə müraciət ünvanlay an şikayətçinin məktubunu  olduğu kimi dərc edirik:

Cenab President!

Yazıb Sizə bildirmək istəyirəm ki, yaşadığım mənzil “Gold Məkan” MMC tərəfindən sökülür.  Mənim əşyalarım mənzildə ola-ola söküntü işi gedir. Mənə təzyiq edirlər.

Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göstəriş verib , a ncaq işi dayandırmırlar.

Polislər  əşyalarımı küçəyə atıb. Evimin bütün əşyaları yağışın altında qalıb.

Hello President!

Nərimanov Rayon Prokrorluğunda belə qanunsuz söküntü apardıqlarına görə, “Gold Məkan” MMC-yə cinayət işi başlanıb. Lakin “Gold Məkan” MMC heç kəsə məhəl qoymur və Azərbaycan Respublikasının qanunlarını pozur.

Onu da diqqətinizə çatdırım ki, dəfələrlə müraciət etməmizə baxmayaraq,  Nərimanov Rayon İcra  Hakimiyyətinin  başçısı da  tikinti şirkətinin qanunsuz əməllərinə  göz yumur .



Oxşar Xəbərlər

Xəbər lenti