29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
Şəki rayonu, Aşağı Daşağıl kənd sakini Hümmətov Aydın Yadigar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, 2023-cü ilin iyul ayında Şəki rayonu, Çapağan kəndində sahədən tay yığıb, asfalt yola tərəf gələn vaxt qarşıdan 2107 markalı (utilzasiya olunacaq) maşın çıxdı. O, mən traktorla öz yolumda olarkən maşını oynadıb, traktoru və qoşqunu keçərək, 25 metr məsafədə olan ağaca girmişdir.
Mənim heç bir günahım olmadığı halda qohum-qardaşı tökülərək maşından toyuq-cücəni düşürmüş, sonra polis gələrək bizi narkoloji şöbəyə aparmış, heç birimizin içkili olmadığı müəyyən olunmuşdur.
Maşının sürücüsü Yevlax şəhərinin sakini olan Asif adlı şəxs idi. Qəza zamanı maşında onun anası da olmuş, lakin ona heç bir xətər toxunmadığı halda, məhkəmə onun yalançı şahidlərini dindirərək, mənə 8 000 manat cərimə və 3 il iş kəsmişdir.
Onu da bildirim ki, onun anası həmin vaxt deyil, başqa vaxt xəsarət almış, onun da xəsarətini mənim üzərimə yazmışlar.
Cənab Prezident!
Yazaraq bildirirəm ki, mən ailəliyəm. 4 övladım var. Övladlarımdan biri anadangəlmə ruhi xəstədir. Mən özüm də 2-ci qrup əliləm. Ailədə heç kim işləmir. Anam xəstə olduğu vaxt “Kapital Bank”dan 15 min manat kredit almışam. Bu günə kimi də kredit ödəyirəm. Təəssüf ki, anam xəstəlikdən vəfat etdi.
Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam. Sizdən mənə qarşı ədalətsizliyə son qoyulmasına, qanunsuz olaraq yazılan 8 000 manat cərimənin silinməsinə və mənə verilən 3 il həbs cəzasının ləğv edilməsinə köməklik göstərməyinizi xahiş edirəm.
Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm”.
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.