17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
"Gəncə Şərab-2” ASC-yə külli miqdarda vergi borcu və maliyyə sanksiyası tətbiq olundu.
“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində DVX əməkdaşları yoxlama aparıb.
Sozcu.info 32gun.az-a istinadən xəbər verir ki, barəsində aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq sözügedən ASC-yə 461 855,47 manat əlavə vergi və 290 095,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Digər əldə etdiyimiz digər məlumata görə, şirkətin ümumi vergi borcu hazırda 1 631 437,86 manat təşkil edir.
ASC-nin qanuni təmsilçisi Sabit Nəbiyev Nürəddin oğludur. Şirkətin nizamnamə kapitalı isə 62 641 934,73 manatdır.
Xatırladaq ki, Gəncə Şərab-2 ASC” şirkətinin əsas rəhbəri Namiq Məmmədovdur.