İzmir Restoranında BİABIRÇILIQ! Müştəri ailəsi ilə əsəbdən tortu götürüb çıxdı


İzmir Restoranı barədə sosial şəbəkələrdə ciddi şikayətlər yayılıb. Müştəri Cənnət Balayeva öz doğum gününü ailəsi ilə bu məkanda qeyd etmək istəyərkən yaşadığı xoşagəlməz halları ictimailəşdirib.

Onun sözlərinə görə, iki gün öncədən rezervasiya etsə də, restorana çatanda “beh atmadığı” bəhanəsi ilə sifarişin qeydə alınmadığını bildiriblər. Ailə uzun axtarışdan sonra arxa hissədə boş masa taparaq əyləşməli olub.

Şikayətçi restoranın xidmətindən də narazılıq edib:

Ofisiantların gec xidmət göstərməsi, menyunun isə yalnız kağız kserokopiyası ilə təqdim olunması;

Müştərilərin dəfələrlə seçim etməsinə baxmayaraq, yeməklərin “yoxdur” cavabı ilə geri qaytarılması;

Administratorun kobud davranışı və “kababdan başqa heç nə yoxdur, budu yeyirsiz yeyin” sözləri ilə qışqırması;

Sonda isə yalnız keyfiyyətsiz salat və turşuların gətirilməsi.

“Bura restoran yox, sanki day-day kafesidir. Ailəmlə əsəbdən tortu götürüb çıxdıq,” – deyə Balayeva qeyd edib.

Müştərinin sözlərinə görə, nə kassa sistemi, nə də post-terminal mövcud olub. Ödənişlər kağız üzərində, kalkulyatorla hesablanıb.

Şikayətçi sonda bildirib ki, “Adi çayxana belə bu restorandan daha hörmətlidir. Buraya getmək sadəcə uduzmaqdır.”



Oxşar Xəbərlər

Xəbər lenti