Kontinental Hotel rəhbərliyindən biabırçı hərəkət – medianı təhdidə cəhd


Bakıda yerləşən “Kontinental Hotel”də müşahidə olunan səhlənkarlıq və rəhbərliyin mediaya qarşı təzyiq cəhdi cəmiyyətdə ciddi narazılıq yaradıb.

Son zamanlar bəzi “iş adamları” üçün medianı təhdid və şantaj etmək artıq adi hala çevrilib. Lakin bu cür şəxslərin iç üzü getdikcə cəmiyyətə daha aydın şəkildə göstərilir.

Dövlət sahibkara ona görə şərait yaradır ki, o, öz sahəsində vətəndaşlara, müştərilərə keyfiyyətli xidmət göstərsin. Amma görünür, Kontinental Hotel rəhbərliyi bu məsuliyyəti unudub. Hotelin hamamında duşun işləməməsi, fenin sıradan çıxması, otaqlarda isə ən sadə gigiyena vasitələrinin – məsələn, diş fırçasının belə – qoyulmaması artıq müştərilər arasında ciddi narazılıq yaradıb.

Şəhərin mərkəzində – Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən hotelin bu vəziyyətdə olması, ölkəmizə gələn turistlər və xarici qonaqlar qarşısında xoşagəlməz mənzərə yaradır. Gecəsi 60 manata otaq satmaqla kifayətlənən rəhbərliyin bu qədər səhlənkarlığı həm peşəkarlıq, həm də mədəniyyət baxımından qəbuledilməzdir.

Bir neçə gün əvvəl saytımızda Kontinental Hotel barədə tənqidi yazı dərc olunub. Bundan sonra Bakufakt.az saytının admini, uzun illərdir tanıdığımız Rəşad Borçəli adlı şəxs redaksiyamızla əlaqə saxlayaraq yazının silinməsini tələb edib. Razılaşma əldə olunmadıqda isə, o, israrla WhatsApp vasitəsilə yazışmanı davam etdirib.

Hadisə zamanı redaksiya tərəfindən Rəşada sarkazm məqsədilə “yazını silmək üçün hər həftə 12 saatlıq otaq versinlər” deyə bir səs mesajı göndərilib. Bu səs yazısında isə hüquqi baxımdan nə cinayət, nə də inzibati tərkib mövcuddur.

Maraqlıdır ki, Rəşad həmin səsi hotelin əlaltısı olan, cəmiyyət arasında adı mənfi hallarla çəkilən və özünü “jurnalist” kimi təqdim edən Ronald Bayramov adlı şəxsə göndərib. O isə bu səsi hotel rəhbərliyinə ötürərək, guya “işverənlik” etmək istəyib. Lakin nəticədə həm özü, həm də hotel rəhbərliyi gülünc vəziyyətə düşüb.

Hazırda Kontinental Hotel rəhbərliyi biri beşə qataraq, guya medianı təzyiq altında saxlamağa cəhd edir. Amma görünür, bu şəxslər nə işgüzar mədəniyyətdən, nə də Azərbaycan qanunvericiliyindən xəbərdardırlar.

Sonda bir tövsiyə: əgər “Kontinental Hotel” rəhbərliyi növbəti dəfə “özlərini biabır etmək” istəmirsə, heç olmasa qanundan 5 faiz anlayışı olan əməkdaşlarla işləsinlər.



Oxşar Xəbərlər

Xəbər lenti