"Azərişıq" vergi borcu olan şirkətə 4 mln manatlıq tender verib

"Azərişiq" ASC İsmayıllı rayonu, Basqal qəsəbəsi, "Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruğu"nun elektrik təchizatı məqsədilə görüləcək işlərlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Admiral-2012" MMC-dir.
Qalib şirkətə 3 milyon 955,8 min manat ödəniləcək.
Qeyd edək ki, "Admiral-2012" MMC-nin dövlət büdcəsinə 12 min 038,37 manat vergi bocu var.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən “Report”a bildirilib ki, tender proseduru bir neçə ay əvvəl baş tutub: "Digər iştirakçı şirkətlər kimi, qalib olan şirkət də tender müsabiqəsində iştirak etmək üçün təqdim etdiyi sənədlər arasdında dövlət büdcəsinə borcunun olmaması ilə bağlı arayış təqdim edib", - məlumatda deyilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}