Lənkəran Şəhər İcra Hakimiyyəti 2 aylıq şirkətə 200 minlik tender verdi

Lənkəran Şəhəri İcra Hakimiyyəti tikinti materiallarının alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Sozcu.info xəbər verir ki, tenderin qalibi “Avalon-S” MMC olub. Şirkətlə 213 min 438,4 manat dəyərində satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, “Avalon-S” MMC 25.01.2021 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Gözəlova Ceyran Saleh qızıdır. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Xudadad Məlikaslanov, ev 12, m. 10-dur./mediapost.az/


Oxşar Xəbərlər

Xəbər lenti