FED-in uçot dərəcəsini artırması ölkəmizə necə təsir edəcək? – Deputatdan proqnoz

 

Trampın iqtisadi məsələlər üzrə müşaviri Devid Malpas dekabr ayında FED-in uçot dərəcəsini artıracağını bəyan edib.

Sozcu.info  xəbər verir ki, millət vəkili Vahid Əhmədov azNews.az–a açıqlamasında Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılacağı ilə bağlı qərarın gözlənilən olduğunu qeyd edib: "Ümumiyyətlə, bu məsələ hələ Amerikada prezident seçkiləri keçirilməzdən əvvəl gündəmdə idi. Federal Ehtiyyat Sisteminin uçot dərəcəsini qaldırmaq fikri vardı. Hətta, bu proses noyabr ayında gözlənilirdi. Onu dəyandırdılar. Amma ilin sonuna kimi müəyyən qədər dəyişiklik olacaq”.

V.Əhmədovun fikrincə, uçot dərəcəsinin dəyişilməsi ölkədə müəyyən problemlər yaradacaq: "Neftin qiymətindən tutmuş milli valyutaya kimi hər şeyə təsir edəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti