Azərbaycanda yeni ildən manat ucuzlaşacaq? - AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb. FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.
Mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.
Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi? İqtisadçı ekspert Eyyub Kərimli "ARB24"ə açıqlamasında bildirib ki, FES-in uçot dərəcələrini qaldırması manatın məzənnəsinə birbaşa təsir etməyəcək: "Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}