“Bank VTB Azərbaycan”ın təhlükəsi



KQB-nin ABŞ-dakı keçmiş cəsusu, Putinin tələbə yoldaşı Yuri Şvetsin iddiasına görə Rusiya üzləşdiyi qlobal sanksiyaları dəlmək üçün Gürcüstan, Ermənistan və Azərbaycandan istifadə etmək niyyətindədir. Yuri Şvetsin iddiasına görə bu məqsədlə Gürcüstanda artıq 200 şirkət təsis edilib. Başqa bir iddiaya görə bununla bağlı ABŞ Konqressinə müraciətlər edilib və hazırda bu məsələ araşdırılır. Vaşiqntonda isə Rusiyaya tətbiq olunan sanksiyaları pozacaq ölkələrə qarşı da oxşar qadağaların tətbiq olunması haqqında çağrışlar səslənir. 
ABŞ diplomatiyasının “ağır topları” bölgə ölkələri ilə fəal danışıqlar aparırlar. ABŞ Dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə rəsmiləri ilə gərgin danışıqlar aparıb. Türkiyənin sanksiyaları əməl etməyəcəyi halda Vaşinqton Ankaranın F-16-larla bağlı istəyini təmin etməyəcək. Türkiyə müxalifəti sanksiyalara qoşulmaq üçün iqtidara təzyiqlərini artırıb. 
Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı Azərbaycana qarşı iddialar ölkəmizdə fəaliyyət göstərən Rusiya bankları ilə bağlı ola bilər. Azərbaycanda Rusiyanın iki bankı fəaliyyət göstərir. Onlardan biri “Bank VTB Azərbaycan”dır. Bu bank Qərbin sanksiya tətbiq etdiyi “VTB Qrupa” daxildir. Buna görə bu “Bank VTB Azərbaycan”ın fəaliyyəti ölkəmiz üçün təhlükə yaradır. Azərbaycan Mərkəzi Bankı ən yaxın  zamanda “Bank VTB Azərbaycan”ın lisenziyasını ləğv etməlidir. 
Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOİL” –un prezidenti Vahid Ələkbərova bağlı “NİKoil investisiya bankı qrupu”na daxil olan “Nikoil Bank”ın bazasında yaradılan “Yelo Bank” hələlik təhlükəli olmasa da, yaxın zamanlarda ola bilər. Çünki, “LUKOİL”a qarşı da tezliklə sanksiya tətbiq oluna bilər.
Xəqani Cəfərli,
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti