21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Xəbər verdiyimiz kimi, bu ilin ilk 2 ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 854,5 manat təşkil edib.Sozcu.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 110,1 manat, qeyri-neft sektorunda 810,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 811,3 manat, özəl müəssisələrdə isə 903,1 manat təşkil edib.Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 3 min 475,9 manat, ən aşağı əmək haqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb - ayda 389,8 manat.Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 665,8 manat, tikintidə 1 013,8 manat, maliyyə və sığorta sahəsində 2 028,4 manat, ticarət sektorunda 613,7 manat, informasiya və rabitə sahəsində 1 398,4 manat olub.Elnur Əli