GÜRCÜSTANA BENZİN VƏ QAZ ƏVƏZİNDƏ AZƏRBAYCANA 30,5 MİLYON $-LIQ MAL-QOYUN!


...Azərbaycan bütün sahələrdə özünü dost və qonşu kimi aparan ölkələrə yardımlarını edir, onların ticarətinə-iqtisadiyyatına dəstək verir...

Bu sırada Gürcüstan da üstünlük təşkil edir... Məsələn, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda yerli mal-qara ixracı 58,042 milyon dollar təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Tezadlar.az Gürcüstan Milli Statistika Xidmətinin rəsmi saytına istinadla bildirir ki, bu il Gürcüstandan yalnız 4 ölkəyə ümumi dəyəri 58,042 milyon dollar olan 17,622 ton diri mal-qara göndərilib:

● İraq - 42,517 milyon dollar (13,083 ton);

● Azərbaycan - 14,856 milyon dollar (4,228 ton);

● Ermənistan - 348,4 min dollar (217 ton);

● İran - 320,2 min dollar (93,5 ton).

İndi sual olunur: Azərbaycan özünün 14,9 milyon dollarlıq valyutasını Gürcüstanın mal-qarasına xərcləyib. Bilmirəm, bəlkə də bu vəsait öz çobanlarımıza düzgün verilsə və nəzarət edilsə, bu qədər valyutanın ölkədən çıxmasına ehtiyac da qalmaz. Digər tərəfdən, yaxşı, bu qədər valyuta təkcə Gürcüstandan Azərbaycana daşınan mal-qaraya xərclənirsə, bəs ölkədə niyə getdikcə mal əti bahalaşır? 

Bu hələ harasıdır, Gürcüstanın təkcə bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 14 milyon dollar dəyərində də diri qoyun alınıb gətirilib. Demək, təkcə bir ildə Gürcüstandan Azərbaycana 14,9 milyon dollarlıq mal-qara, 14 milyon dollarlıq da qoyun gətirilib-cəmi 30,3 milyon dollar=51,51 milyon manat). Ölkəmizin əhalisi 10 milyondursa, demək, təkcə Gürcüstandan Azərbaycana adambaşına 51,51 manatlıq mal-qoyun gətirilib. Bəs bu getdikcə artan bahalığı kim və niyə yaradır? 

Sual budur...

tezadlar.az



Oxşar Xəbərlər

Xəbər lenti