Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Adətən Yeni il bayramı ərəfəsində ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunur.
Maraqlıdır, bu il hansı məhsullarda bahalaşma gözlənilir?
Mövzu ilə bağlı Sfera.az-danışan iqtisadi ekspert Elşad Məmmədov bildirib ki, dünyada baş verən kəskin qiymət artımı Azərbaycana da təsirsiz ötüşməyəcək:“Ölkədəki istehlak bazarında əhalinin alıcılıq qabiliyyəti də yüksəlib. Xüsusilə, xaricdən idxal olunan məhsulların qiymətində artım gözlənilir. Eyni zamanda, bir sıra inhisarçılar ticarət şəbəkələrindəki mövelərindən istifadə edərək tələbatı yüksək olan məhsulların qiymətini artıracaqlar”.
Ekspert qeyd edib ki, antihisar siyasətinə cavabdeh olan qurum süni qiymət artımına qarşı intensiv şəkildə tədbirlər görməlidir. Əks halda ticarət şəbəkələrindəki inhisarçılar qiymətləri süni şəkildə artıracaqlar.