Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bazar ertəsi türk lirəsi bir dollar üçün 29 lirəyə çataraq yeni tarixi minimuma çatıb.
Hurriyyet.az “Sözcü”yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dollar 55% bahalaşıb.
Türk lirəsi qarşısında avronun məzənnəsi 31,23-ə çatıb. İlin əvvəlindən 19,97 civarında olan avronun məzənnəsi 56% artıb.
Xatırladaq ki, Ərdoğan bir neçə il ərzində qeyri-ənənəvi pul siyasətini həyata keçirdi, o cümlədən artan inflyasiya şəraitində əsas faiz dərəcəsini azaltdı. Lakin iyun ayında kursu dəyişdi, yeni kabinet və mərkəzi bankın rəhbəri təyin etdi və altı ay ərzində faiz dərəcəsi 8,5%-dən 40%-ə qaldırıldı.