Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması prosesi gedir. Hazırda bir barrel neftin qiyməti 72-75 dollar arasında var-gəl edir. Halbuki bir qədər əvvəl qiymət 80 dollardan da çox idi. Adətən, neftin qiymətinin qalxıb, enməsi neft məhsullarının qiymətində də anoloji proseslərin baş verməsilə nəticələnir.
Bu mənada görəsən, neftin qiymətinn aşağı düşməsi fonunda benzin də ucuzlaşa bilərmi?
Sozcu.info xəbər verir ki, Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirir ki, neftin qiymətinin aşağı düşməsilə Azərbaycan son günlər idxal etdiyi A-95 və A-98 markanı benzini ucuz qiymətə alır:
“Bazar iqtisadiyyatı olan ölkələrdə benzinin qiymətinin xammal qiymətindən birbaşa asılılığı var. İki gün öncə neftin qiyməti 72 dollara qədər ucuzlaşmışdı. İndi bir qədər artaraq. 75 dollara çatıb. Ancaq ötən həftə onun qiyməti daha çox, 80 dollar idi. Bu da neftin qiymət ucuzlaşmasının göz qabağında olduğunu göstərir.
Bir ay öncə olan qiymətlərlə müqayisə etsək, noyabrın 14-də qiymət 82-83 dollar arasında olub. Bu müstəvidə indiki halda neftin qiymətində 10 faizə qədər azalma baş verdiyini görürük. Təbii ki, ona uyğun olaraq bazar iqtisadiyyatlı ölkələrdə neft məhsullarının qiyməti də aşağı enir.
Ona müvafiq olaraq, Azərbaycan artıq idxal etdiyi A-95 və A-98 markalı benzini daha ucuz qiymətə əldə edir. Xammala nisbətən neft məhsulları daha az ucuzlaşır. Bu mənada, benzinin qiymətində son anlar 6-7 faizlik ucuzlaşma müşahidə edilir”.