Azərbaycana xaricdən gətirilən ətin qiyməti bahalaşıb


2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 78 milyon 556 min dollar dəyərində 38 min 287 ton ət idxal edilib.

Sozcu.info xəbər verir ki, bu baərədə Dövlət Gömrük Komitəsinə hesabatında bildirilib. Məhsul idxalı dəyər ifadəsi ilə 6 milyon 354 min dollar yəni 8,8% artıb , miqdar ifadəsi ilə təxminən 61 min ton ( 0,2%) azalıb. 

Ötən ilin müvafiq dövründə 72 milyon 202 min dollar məbləğində 38  min 348 ton ət gətirilib.

1 ton ətin idxal qiyməti bu il 2 052 dollar, ötən il isə 1 883 dollar təşkil edib. Qiymətlərdə 169 dollar və ya 9% bahalaşma qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,50%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 0,56%-nə bərabər olub.

Valyuta.az



Oxşar Xəbərlər

Xəbər lenti