Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft-kondensat hasilatı 4,8 milyon ton olub və bunun 3,9 milyon tonu ixrac edilib. Sozcu.info xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və bunun 4,1 milyon tonu ixrac edilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin yanvar-fevral ayı ilə müqayisədə bu ilin yanvar-fevral aylarında neft hasilatı 6%, ixrac isə 5% azalıb.
yeniavaz.com