Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 595 min 490,1 ton xam neft və xam neft məhsulları satıb.
Hurriyyet.az yeniavaz.com-a istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 2 milyard 826 milyon 58,6 min dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 615 dollara satıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə xaricə satılan xam neftin miqdarı builkindən 579,6 min ton və ya 12,6%, 1 ton neftin dəyəri isə 13 dollar və ya 2,1% çox (628 dollar) olub.
Məlumat üçün qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində xam nefti ən baha qiymətə Polşa, Fransa və Xorvatiyaya (636,3 dollar), ən ucuz qiymətə isə Özbəkistana (486 dollar) satmışıq.
Xarici ölkələrə satılan neftin miqdarı və dəyərini təqdim edirik: