Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 1 milyard 460 milyon ABŞ dolları dəyərində 3 milyard 954 milyon kubmetr təbii qaz ixrac edilib.
Sozcu.info bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər veir.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 958 milyon dollar (2,9 dəfə), miqdar ifadəsi ilə 2 milyard 740 milyon kubmetr (3,3 dəfə) artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-fevral aylarında xaricə 502 milyon dollar dəyərində 1 milyard 214 milyon kubmetr qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə təqribən 10% ucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın qiyməti 369 dollar olub. Ötən il isə bu qiymət 414 dollar olmuşdu.
Qazın ixracının artması nəticəsində onun ümumi ixracdakı payı da yüksəlib. Belə kİ, 2024-cü ilin ilk 2 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 30,54%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracındacəmi 11,1% paya malik idi.
fed.az