Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Hazırda ölkəmizdə mənzil sahibi olmağın yollarından biri də ipotekadan istifadə etməkdir. Gənc ailələrin bir çoxu da məhz bu kredit növündən istifadə etməklə ev almağa daha çox meyl göstərir.
Lakin ipoteka müddətinin və aylıq ödənişinin olduqca yüksək olması mənzil sahibi olmaq istəyənlərin işini bir qədər çətinləşdirir. Paytaxtda mənzil satışı ilə məşğul olam şirkətlərdən birinin təklif şərtlərinə əsasən, 47 kvadrat metr mənzil ilkin ödəniş 13 min 300 manat olmaqla, aylıq 1130 manata 20 illik ipoteka ilə təqdim olunur.
Riyazi hesablama apardıqda məlum olur ki, hansısa vətəndaş belə bir mənzili ipoteka ilə aldıqda evin qiyməti ona 285 min manata başa gəlir. Bu isə demək olar ki, mənzilin nağd dəyərindən bir neçə dəfə çoxdur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə istənilən mənzilin nağd və kreditli satış qiyməti fərqli olur:
“Kreditlər müxtəlif formalarda olur. İllik faizlərinə görə, güzəştli kreditlər 4, adi ipotekalar 7-8, bankdaxili ipotekalar isə 10-14 faiz arası dəyişir. Amma hesablayanda ilk ödənişi hesablayırıq və sona qədər həmin ödəniş ödənilmir. Mənzilin nağdı və kreditli satış qiyməti fərqli olur. 8 faizli ipoteka ilə təxminən 100 manatlıq ev 25 il ərzində 200 min manata yaxın olur. Bu daha dəqiq ipoteka kalkulyatoru ilə hesablanır”.
Ekspert bir çox ölkələrdə mənzillərlə bağlı aşağı faizli xüsusi ipotekaların olduğunu diqqətə çatdırıb:
“Dünyanın hər bir yerində banklar pul satır və bankın iş prinsipi də məhz budur. Dünyanın bir çox ölkəsində sırf mənzillə bağlı ipoteka kreditlərinin faiz dərəcəsi azdır. Çünki vətəndaş ipoteka ilə evi aldıqdan sonra həmin mənzil üçün əşyalar alır və bu iqtisadiyyatda pulun dövr etməsinə səbəb olur. Bizim ölkədə də faiz dərəcəsi aşağı olsa daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, zaman keçdikcə mənzillərin qiyməti artır və tikinti şirkətləri də məhz buna əsasən qazanc əldə etmək istəyir”.