Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu
Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bakıda niyə ev ala bilmirik? Fantastik rəqəmlər və tələblər...
Jurnalistlərin 3-cü binası ətrafında yaranan qalmaqal mənzil problemini yenidən gündəmə gətirib. Azərbaycanda yeni tikilən binalar nəinki minimum əməkhaqqı alanlar, hətta aylıq gəliri 600-900 manat arası dəyişən vətəndaşlar üçün də əlçatan deyil. Media qurumlarında çalışan müxbirlərin isə əməkhaqqı təxminən bu civarda qərarlaşır. Məsələnin digər narahatedici tərəfi isə sosial ev layihəsindən yararlanma şansının jurnalistika peşəsinin sahiblərinə verilməməsidir. Həmçinin ipoteka ilə satılan evlərdə jurnalistlər üçün güzəşt mövcud deyil.
“Yeni Sabah” mövzunun aktuallağını nəzərə alaraq bu gün Bakı şəhərində və yaxın ərazilərdə yeni evlərin uzunmüddətli kreditlə alınması üçün şərtlər və qiymətlərlə maraqlanıb.
“Kristal Abşeron”dan kreditlə verilən evlərin 20 il üçün nəzərdə tutulduğunu və ilkin ödənişin rəsmi əməkhaqqından asılı olaraq dəyişdiyini bildiriblər:
“Yeni Günəşlidə evlərin kvadrat metri 1 250, Qara Qarayevdə isə 1580 manatdan hesablanır. Qarayev layihəmizdə hazırda tikinti davam edən bina var və yalnız üçotaqlı binalar qalıb. Günəşlidə isə kifayət qədər mənzil mövcuddur.
İkiotaqlı mənzillər 66 kvadrat-metrdir və əməkhaqqından asılı olaraq ilkin ödəniş faizi dəyişir. Məsələn, rəsmi əməkhaqqınız 600 manatdırsa, 30 faiz, yəni 26 min manat ilkin, daha sonra isə 560 manat aylıq ödəniş edəcəksiniz.
Yox, əgər 1000 manat rəsmi əməkhaqqı varsa, 20 faiz ilkin ödəniş tələb olunur və hər ay 640 manat ödənilir. Mənzillər 20 il müddətinə verilir”.
İndi gəlin, hesablayaq: 66 kvadratmetr mənzil alıcıya neçə manata başa gəlir?
26 min manat ilkin ödəniş
20 il ayda 560 manat ödəniş = 134400
26 000 + 134 000 = 160 400 manat
160400 : 66 kvmetr = 2430 manat
Deməli, Yeni Günəşlidə 66 kvadratmetir təmirsiz binada 1 kvadrat metr 2430 manata başa gələcək. Hesablamanı davam etdirsək, (2430:560=4,3) belə anlaşılır ki, ipoteka götürən şəxs 4,3 aya cəmi 1 kvmetr ərazinin pulunu ödəyir.
“Bakıxanov Residence”də kreditlə 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir:
“İkiotaqlı mənzillərlə bağlı iki layihəmiz var. Layihələrdən biri oktyabrda hazır olacaq. Orada ikiotaqlı mənzillər 65 və 74 kvadrat-metrdir. Onlar 16-cı, yəni sonuncu mərtəbədə yerləşir. 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir. Bildirim ki, evlər 36 aylıq satılır və aylıq ödəniş 1071 manatdır.
Üçotaqlı evlərlə bağlı da yeni layihəmiz var, 2 il yarıma hazır olacaq, ev ümumi 127 kvadrat-metrdir. Orada ilkin ödəniş 82 500 manat tələb olunur. Aylıq isə 2 292 manat ödənilməlidir”.
Bu şərtlərdə isə heç orta təbəqə hesab olunan şəxslərin də mənzil alması imkansız görünür. Çünki mənzilin qiymətinin tam yarısı ilkin ödəniş olaraq alınır. Aylıq ödəniş də kifayət qədər yüksəkdir. Amma əvvəlki nümunə ilə müqayisədə 1 kvadratmetrin qiyməti təxminən yarıbayarı ucuz olur. Aylıq əməkhaqqı ilə yaşayan, normal biznesi olmayan şəxslərin bu şərtlərlə mənzil almaq imkanı heç üfüqdə də görünmür.
“Melissa Park” Yaşayış Kompleksi nin şərtləri isə fantastikadır. 43,2 kv.m olan təmirsiz mənzilin bir kvadratmetiri 3200 manata başa gəlir. Normal məntiqlə buna heyrət etməmək mümkün deyil. Rəqəmləri yazırıq, özünüz hesablayın:
“20 yanvar m/s yaxınlığında, H.Zərdabi 3166 ünvanında yerləşən “Melissa Park” layihəsində tikintisi davam edən binada sahəsi 43,2 kv.m olan təmirsiz mənzilin 20 illik ipoteka ilə ilkin ödənişi 6 310 manat, aylıq ödənişi 548 manat təşkil edir”.
“Jasmine Park” SARAY kompleksində isə təmirsiz mənzillər üçün ilkin ödəniş 8 min manatdır:
“Evlər Saray qəsəbəsində Sumqayıtın girişinə, körpüyə çatmamış solda yerləşir, 503 (Bakı-Saray-Sumqayıt), 523 (Xırdalan-Saray-Sumqayıt), 539(Binə t/m-Saray-Sumqayıt) saylı marşrutlar önündən keçir. Təmirsiz 55.12 kv/m mənzil 20 illik ipoteka şərtləri ilə verilir. İlkin cəmi 8000 AZN, aylıq isə 290 AZN ödəməklə Saray layihəmizdə tək şəxsiyyət vəsiqəsi ilə mənzil sahibi olmaq mümkündür”.
“Mahal Construction” tikinti şirkəti ikiotaqlı mənzillər üçün ilkin 37 min manat ödəniş tələb edildiyini diqqətə çatdırıb:
“Yasamalda ikiotaqlı mənzillərin qiyməti 95-125 min manat arası dəyişir. Evi kreditlə alacaq olsanız, 30 faiz ilkin ödəniş ödəyirsiniz ki, bu zaman 1 kvadrat-metr 1 300 manatdan hesablanır və 37 min manat təşkil edir. Aylıq ödəniş isə 3 600 manatdır. Kredit 24 ay üçün nəzərdə tutulub”.
İndi gələk Məzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələrinə: Bu sistemdə ümumilikdə, “Güzəştli mənzil”lər mövcuddur. Məsələn, Yasamal Yaşayış Kompleksində vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.
1 otaqlı mənzillərin qiyməti 29 925, 2 otaqlı 47 282, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda isə müddət 3-30 il arası dəyişir və ilkin ödəniş ümumi məbləğin 10 faizini təşkil edir. Burada illik faiz dərəcəsi 4 faizdir, aylıq ödəniş isə 1 otaqlı mənzillərdə 129-136, 2 otaqlı mənzillərdə 203-236, 3 otaqlı mənzillərdə isə 282-288 manatdır.
Biz bu yazıda rəqəmləri təqdim etdik, bəzi hallarda şərh də verdik. Ümumi belə bir nəticə çıxarmaq olar ki, əgər əhalinin mənzil almaq imkanı yoxdursa, o zaman şəhərdə tikilən yüzlərlə yeni binalardan mənzilləri kimlər alır? Həmin binalara kənardan baxmaqla sualın cavabını tapmaq mümkündür. O binalardakı mənzillərin böyük əksəriyyəti boşdur. Sahibləri var, amma yaşayış yoxdur. Ölkədə mövcud olan pulların 70-80 faizini əlində cəmləyən məmur-oliqarxların yüzlərlə belə binalarda mənzilləri var. Alıblar, qara gün üçün saxlayırlar.
Bizim kimi gözünü aylıq maaşa dikənlər isə mənzilə sahib olmaq üçün günlərinin bir hissəsini bax belə araşdırma aparmaqla uyğun variant tapmağa çalışırıq. Ümidsiz və çarəsizcə...
Oxşar Xəbərlər
Dövlətin daha bir sosial layihəsini “BATIRDILAR”
Neft-qaz sektorunda çalışanların maaşı digərlərindən beş dəfə çoxdur - RƏSMİ
Bakıda kirayə evlərin qiyməti qalxıb –VİDEO
Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA
Xəbər lenti
Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu
Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Azərbaycanda bu ərazilərə qar yağır
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
Piyada keçidində qəza ölümlə nəticələndi
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Azərbaycanda bu ərazilərə qar yağır
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq