"Azmet" ölkədən valyuta çıxarıb


"Azmet" Qapalı Səhmdar Cəmiyyəti barəsində cərimə protokolu yazılıb. 

Şirkət barəsində barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Masallı Rayon Məhkəməsinin hakimi Coşqun Abdullayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. \\Valyuta.az



Oxşar Xəbərlər

Xəbər lenti