Tonlarla narkotiki BELƏ daşıyıblar! – Gizli narko-tunel aşkarlandı


Avropaya narkotik daşınmasında istifadə olunan iri yeraltı tunel şəbəkəsini ifşa olunub. İspaniya hüquq-mühafizə orqanları Seuta ərazisində, sənaye anbarının altında gizlədilmiş tunel sistemini aşkarlayıb.

Tunel birbaşa Mərakeş istiqamətinə uzanır. İstintaq materiallarına əsasən, tunel bir neçə səviyyədən ibarət olub. Tunel rels və vaqon sistemi ilə təchiz olunub. Yükdaşıma mexanizmləri və kranlarla təmin edilib, ifşa edilməməsi üçün səs izolyasiya və nasos sistemləri ilə gizlədilib. Tunelin girişinin anbar daxilində yerləşən iri soyuducunun arxasında maskalandığı bildirilir.

İspaniya polisi tərəfindən bir ildən artıq davam edən əməliyyat nəticəsində 27 nəfər saxlanılıb. Tuneldə 17 ton kannabis aşkar olunub. Narkokartel üzvlərindən 1.4 milyon avro nağd pul götürülüb, 17 lüks avtomobil müsadirə olunub.

Mütəxəssislər bildirir ki, İspaniya coğrafi mövqeyinə görə Avropaya narkotiklərin daxil olduğu əsas marşrutlardan biridir. Xüsusilə Mərakeş ilə yaxınlıq bu prosesdə mühüm rol oynayır. Hazırda faktla bağlı istintaq davam edir, tunelin digər qollarının olub-olmadığı araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti