23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Qurban bayramı ilə bağlı ət bazarında və diri heyvan satışında xüsusi bahalıq müşahidə olunmur.
Sozcu.info xəbər verir ki, bu barədə Axar.az-a ət satışı ilə məşğul olan şəxslər bildirib.
Onların sözlərinə görə, qurbanlıq xırdabuynuzlu heyvanların diri çəkisi 9-10 manatdan, ət isə 19-20 manatdan təklif edilir ki, bu da bayramaqədərki qiymətlə eynidir.
Satıcı Ağakişi Hüseynov deyib ki, bu il alıcı da çox deyil:
“Qurbanlıq heyvanı adətən diri almaq istədikləri üçün diri çəkidən də təklif edirik – kilosu 9-10 manat arası. Bir normal qurbanlıq təxminən 250-300 manat arasındadır. Əlbəttə ki, çəkisi artdıqca qiymət də qalxır, ancaq çəkisi çox olan qoyunlar kilo baxımından daha ucuz düşür”.
Qeyd edək ki, 6 və 7 iyun Qurban bayramı qeyd ediləcək.