17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Qızıl qiymətləri həftəyə tarixi rekordla başlayıb.
Sozcu.info xəbər verir ki, qızılın bir unsiyasının qiyməti Asiya bazarlarında 3800 dolları keçərək yeni zirvəyə yüksəlib. Bu, ötən ay qeydə alınan 3725 dollarlıq əvvəlki rekordu da geridə qoyub.
Ekspertlərə görə, qiymət artımına əsas səbəb ABŞ dollarının zəifləməsi və Federal Ehtiyatlar Sisteminin (FED) ilin sonunadək faiz dərəcələrini daha da aşağı salacağına dair gözləntilərdir. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın gözlənilməz siyasət addımları maliyyə bazarlarında qeyri-müəyyənlik yaradır və investorları “təhlükəsiz liman” sayılan qızıla üz tutmağa məcbur edir.
Beynəlxalq analitiklər yaxın aylarda qızılın 4000 dollar həddini də sınaya biləcəyini istisna etmirlər. Lakin bəzi mütəxəssislər artımın sürətinin investorlar üçün risk yaratdığını və qiymətlərin qısamüddətli korreksiya edə biləcəyini vurğulayırlar.
Yerli bazara gəlincə, ötən həftənin məlumatına əsasən, Azərbaycanda 585 əyar (Türk qızılı) 160–162 manat, 750 əyar (İtalyan qızılı) isə 200–210 manat arasında satılıb. Zərgərlər bildirirlər ki, beynəlxalq bazarda baş verən rekord artımların təsiri yaxın günlərdə ölkə daxilində də qiymətlərə əks olunacaq.