"Arzum 9999" ilk dəfə danışdı: O, vəkilinə nə dedi?
Oğlu Leyla Əliyeva ilə arxiv FOTOsunu paylaşdı
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü - FOTO
Bu qurumda korrupsiya:
2 əməkdaş işdən çıxarıldı
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı -
Foto
Diqqət çəkən görüş: Rusiya Azərbaycana minnətdarlığını bildirdi
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Eldar Əzizov onu rəis təyin etdi
Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
PAŞİNYAN “SİYASİ KOMA”DAN ÇIXIB, RƏQİBLƏRİNİ ZƏRƏSİZLƏŞDİRİR -
Özü üçün yeni iqamətgah da müəyyən edib
Çoxlarının Ermənistanın tarixi məğlubiyyətinin əsas baiskarı saydığı Nikol Paşinyan sanki yavaş-yavaş “siyasi koma”dan çıxmağa başlayır. Faktiki kapitulyasiyadan sonra bir müddət hansı deşikdə gizləndiyi məlum olmayan baş nazir artıq iki gündür üz-araya çıxıb, parlamentdə çıxış edib, ittihamlara cavab verib və s.
Hazırda Paşinyan və onun partiyası müxalifətin və cəmiyyətin hücumlarından müdafiə olunmaq və siyasi rəqiblərini zərərsizləşdirməklə məşğuldur. Buna tam olmasa da, qismən nail ola bilir ki, bu da təsadüfi deyil.
Çünki müharibə başlayana qədərki özündənrazılıq və yekəxanalıq təkcə Paşinyana və onun komandasına yox, bütünlükdə erməni cəmiyyətinə xas xüsusiyyət idi.
Və bu gün də artıq ermənilərin çoxu anlayır ki, hazırda yaşadıqları acı məğlubiyyətin, miskin durumun səbəbkarı təkcə Paşinyan yox, həm də hakimiyyətli-müxalifətli ermənilərin özləri, öz daxili xislətləridir.
Bunu ötən gün Paşinyanın partiyasından olan deputat, xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan da parlamentdəki çıxışında söyləyib.
Rubinyan deyib ki, müharibə başlayan gün, yəni sentyabrın 27-də Paşinyan müharibəni dayandırmağın mümkün olduğunu bəyan etmişdi və buna nəyin bahasına nail olunacağını da bildirmişdi:
“Cavabında nə eşitdik? Bütün fraksiyalar dedilər ki, bu, qəbuledilməzdir: “Biz sona qədər gedirik, biz sizinləyik”. İndi isə bunun əksini deyirsiniz: “Hər şeyi xilas etmək olardı, biz sizə xəbərdarlıq etmişdik.” Bunu etməyin, insanların hislərilə oynamayın”.
Paşinyanın yaxın adamlarından olan Rubinyan erməni cəmiyyətinin öz günahını anladığına işarə vuraraq deyib ki, bu gün hökumətə qarşı etiraz aksiyalarına toplaşanların sayı getdikcə azalır və “onların sayı minlərlə olsa da, hər halda on minlərlə deyil”.
Rubinyan bunu həm də onunla əlaqələndirib ki, müxalifət artıq baş vermiş fakta görə hökuməti tənqid etsə də, çıxış yolu göstərmir
.
Bu arada Ermənistan prezidenti, müharibəyə qədər Paşinyanla isti münasibətləri olan Armen Sarkisyan faktiki olaraq, hökuməti istefaya çağırıb və növbədənkənar parlament seçkilərinin zəruri olduğunu bildirib.
Özünün xalqa müraciətində ermənilərin nə qədər aciz və miskin duruma düşdüyünü etiraf edən Sarkisyan artıq Ermənistanın sentyabrın 26-dakı ölkə olmadığını deyib: “Biz müharibəni döyüş meydanında olduğu kimi, diplomatik və beynəlxalq arenada da uduzmuşuq.”
Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı da vəziyyət ağırdır.
O, vəziyyətdən çıxış yolunu bütün siyasi qüvvələrlə müzakirə etdiyini və yeganə yolun növbədənkənar parlament seçkisinin təyin edilməsi və keçid hökumətinin yaradılması olduğu qənaətinə gəldiyini bildirib.
Lakin məsələ ondadır ki, bu, Ermənistan prezidentinin arzusuna, qərarına görə həll ediləcək məsələ deyil. Paşinyan razılıq verməsə, heç bir keçid hökumətindən, növbədənkənar seçkidən söhbət gedə bilməz. O isə nəinki istefa vermək niyyətindədir, əksinə, yerini bərkitmək və rahatlamaqla məşğuldur.
Müxalifəti açıq şəkildə təhdid edən və günahın təkcə onda deyil, ondan əvvəl ölkəyə rəhbərlik edənlərin də üzərində olduğunu deyən Paşinyan İrəvanda özü üçün yeni iqamətgah müəyyən edib və oraya köçmək niyyətindədir.
Söhbət Ermənistan prezidentinin İrəvanın Baqramyan 26 ünvanında yerləşən iqamətgahından gedir. Paşinyanın sözçüsü deyib ki, qanunla baş nazirin həmin iqamətgahda işləməyə tam ixtiyarı var.
Erməni mətbuatı isə yazır ki, Paşinyan həmin binada özünü daha təhlükəsiz hiss edəcək. Həmçinin, etirazçıların dağıtdıqları baş nazirin ofisinin əməlli-başlı təmirə ehtiyacı var.
Bu arada müxalifət ölkədə hərbi vəziyyətin ləğv olunmasını tələb edir. Çünki qanunla hərbi vəziyyət şəraitində kütləvi toplantılar da daxil olmaqla, bir çox siyasi hərəkətlərə qadağa qoyulur. Ən əsası isə həmin dövrdə parlamentdə hökumətə etimad məsələsi qaldırıla bilməz. Hökumət isə hələ hərbi vəziyyəti qaldırmaq fikrində deyil.
Bir sözlə, Paşinyan istefa verənə oxşamır. Bu, Ermənistanın daxili işidir vəəlbəttə ki, İrəvanda siyasi didişmə nə qədər çox davam edərsə, işğalçı ölkə bir o qədər gec özünə gələr, əgər gələ bilsə.
Təbii ki, Paşinyanın hakimiyyətdə qalmasında bu şəxsi həmin posta oturtmağa nail olan Qərbdəki məlum qüvvələrin marağı var. Lakin bir sıra rusiyalı şərhçilər Paşinyanın hələ bir müddət vəzifəsində qalmasında Rusiyanın da maraqlı olduğunu iddia edirlər.
Məlum məsələdir ki, Paşinyanın müəyyən dövr hakimiyyətdə qalması noyabrın 10-da qəbul edilmiş sənədin tam icrasını təmin etmək baxımından müsbət hal kimi qiymətləndirilə bilər və bu, Rusiyaya da sərf edir. Çünki bununla Ermənistanın hakimiyyət dəyişikliyi və digər buna bənzər bəhanələri qalmır, Paşinyan imzasına görə məsuliyyət daşıyır. Bu, həm də Rusiyanı razılaşmanın icrasıyla bağlı əlavə başağrısından sığortalamış olur.
Lakin Paşinyanın baş nazir postunda qalması bir məsələyə görə dəəlamətdardır - onun hakimiyyətdə qaldığı hər gün onu efirdə görən, səsini eşidən erməni cəmiyyəti daha ağır formada acı məğlubiyyətin “dadını çıxarmaqda” davam edəcək.
Oxşar Xəbərlər
Paşinyanı kim idarə edir?
“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...”
PAŞİNYAN QARABAĞIN İKİ İSTİQAMƏTİNDƏN GERİ ÇƏKİLDİKLƏRİNİ ETİRAF ETDİ:"İtkilərimiz böyükdür”
Paşinyan bunkerdə gizlənir
Xəbər lenti
SON DƏQİQƏ!
Əhaliyə sarı xəbərdarlıq edildi
Şuşa və Laçını dolu vurdu
20 yaşlı qız çimərlikdə boğuldu
"Arzum 9999" ilk dəfə danışdı: O, vəkilinə nə dedi?
Müayinə üçün xəstəxanaya getmişdi - Öldü
Oğlu Leyla Əliyeva ilə arxiv FOTOsunu paylaşdı
Azərbaycanda zəlzələ olub
Azərbaycanda bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır -
Foto
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
İsti havada soyuq su içməyin, yoxsa...
Hava yenidən pisləşəcək:
Leysan və sel olacaq
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü - FOTO
Bu qurumda korrupsiya:
2 əməkdaş işdən çıxarıldı
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı -
Foto
Diqqət çəkən görüş: Rusiya Azərbaycana minnətdarlığını bildirdi
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Eldar Əzizov onu rəis təyin etdi
Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
Bakıda dəhşətli qəza: Ölən var
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Bakının 4 rayonunda işıq olmayacaq
Tramp varlanmasının səbəbindən danışdı
Tiktokerin həbsi ilə bağlı hökm çıxaran məhkəmədən
Açıqlama
Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi -
DOSYE
Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub
Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Bakının 4 rayonunda su kəsintisi olacaq
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq:
Dolu və şimşək xəbərdarlığı
Azərbaycan Polisi 108 yaşını qeyd edir
Bakıxanov qəsəbəsində yanğın baş verib
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Azərbaycanda iyunda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Neft 5 aydan sonra ilk dəfə bu qiymətə oldu
Goranboyda göldə 53 yaşlı qadının meyiti tapılıb
Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir -
MEDİA
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
SON DƏQİQƏ!
Əhaliyə sarı xəbərdarlıq edildi
Şuşa və Laçını dolu vurdu
Azərbaycanda bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
İsti havada soyuq su içməyin, yoxsa...
Hava yenidən pisləşəcək:
Leysan və sel olacaq
Bakının 4 rayonunda işıq olmayacaq