Almaniyada ölənlərin sayı 133 nəfərə çatıb

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Məlumatı “Bild” qəzeti yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb, 1300-ə yaxın sakin itkin düşüb.Bildirilib ki, xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib.
Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb. Daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib. 


Oxşar Xəbərlər

Xəbər lenti