Türkiyədə meşə yanğınlarına görə daha bir nəfər həbs edildi

Mersində ot bitkilərini alışdıraraq meşə yanğınına səbəb olan şübhəlilərdən biri həbs edilib.
Sozcu.info xəbər verir ki, bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən (K.Ş. və B.K.) 2 şəxs polis tərəfindən saxlanılıb.
İstintaq zamanı onlardan birinin günahı sübuta yetirildiyindən o, həbs edilib, digəri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti