İrəvanda qanunsuzluğa görə aclıq aksiyası

İrəvan şəhər sakini Ayk Arutyunyan şəhər meriyasının qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq aclıq elan edib.
Sozcu.info xəbər verir ki, o, jurnalistlərə verdiyi müsahibədə yaşadıqları ərazidə qanunsuz binaların tikildiyini vurğulayıb.
Həmçinin məhəllə sakinlərinin bələdiyyədən yaşadıqları məhəllədə tikilən çoxmərtəbəli binanın mülkiyyətinə dair sənədlər tələb etdiyini söyləyib.
Müvafiq məhkəmə prosesləri başa çatana qədər bu binanın tikintisinin dayandırılmasını tələb ediklərini də bildirib. 
Arutyunyan vurğulayıb ki, binanın inşası 15 il əvvəl qanunsuz olaraq özəlləşdirilmiş bir mədəni və tarixi kompleksin ərazisində, yəni ictimai yerdə aparılır. 
Aksiyaçının sözlərinə görə, bələdiyyə binası tikintiyə icazə verilməsi barədə sakinlərə vaxtında məlumat versəydi, onlar etiraz aksiyasına başlamaz, ancaq dərhal məhkəməyə müraciət edərdilər.


Oxşar Xəbərlər

Xəbər lenti