Bayden 11 Sentyabr hadisələrini anma mərasimində qəribə hərəkət etdi – FOTO

ABŞ prezidenti Co Bayden Nyu -Yorkda 11 sentyabr hadisələrini anma mərasimində qəribə bir jest edib.
Sozcu.info “Ria Novosti”yə istinadla xəbər verir ki, mərasim zamanı ABŞ lideri qəflətən maskasını çıxarıb kütləyə nəsə qışqırır. Daha sonra maskasını qaldıraraq olduğu yerdə dayanır. Baydenin kütləyə nə dediyi isə açıqlanmayıb.
Qeyd edək ki, Co Bayden çıxışları zamanı tez-tez səhvlər buraxır. Misal üçün o, bir dəfə vitse-prezident Kamala Harrisi “prezident”deyə çağırıb. Başqa bir vaxtda Rusiya lideri Vladimir Putinin adını səhv tələffüz edib, "peyvənd" və "eskalasiya" sözlərini, eləcə də Suriyanı Liviya ilə, İraqı İranla qarışdırıb.


Oxşar Xəbərlər

Xəbər lenti