Çexiyada onminlərlə doza COVID vaksini məhv ediləcək

Çexiyada Britaniya-İsveç ortaq istehsalı olan “AstraZeneca” peyvəndinin 45 min dozası məhv ediləcək.
Bu barədə ölkənin səhiyyə naziri Daniel Kepl mətbuat konfransı zamanı bəyan edib.
Nazirin sözlərinə görə, 55 min doza peyvəndin yararlılıq müddəti oktyabrda bitəcək. Onlardan cari ayın sonunadək 10 min doza istifadə ediləcək. Yerdə qalan vaksinləri isə məhv etmək lazım gələcək.
Qeyd edək ki, sentyabrın ilk günlərində ölkədə istifadə müddəti başa çatmış 20 min koronavirus vaksini utilizasiya edilib.


Oxşar Xəbərlər

Xəbər lenti