Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərir

Azərbaycan Qırğız Respublikasına yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 40 min doza “AstraZeneca” (Vaxzevria) peyvəndinin göndərilməsi barədə qərar qəbul edib.
APA-nın xəbərinə görə, 40 min doza “AstraZeneca” peyvəndi bu günlərdə Qırğızıstana yola salınacaq.
Qeyd edək ki, 1-3 iyul tarixlərində Qırğız Respublikasının xarici işlər naziri R. A. Kazakbayevin Azərbaycana rəsmi səfəri zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə peyvəndin göndərilməsinə dair razılıq əldə edilib. Bununla bağlı Qırğızıstan XİN Azərbaycana minnətdarlığını ifadə edib.
Xatırladaq ki, Azərbaycan artıq Özbəkistana 50 min doza “AstraZeneca” peyvəndini göndərib. UNİCEF bu humanitar təşəbbüs və dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkür edib.

Oxşar Xəbərlər

Xəbər lenti