Güclü "Nikolas" qasırğası Texas ştatına çatdı

Birinci kateqoriyalı “Nikolas” qasırğası ABŞ-ın Texas ştatına çatıb.
Sozcu.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hazırda fırtınanın episentri Friport şəhərindən təxminən 40 km cənub-qərbdədir. Bir neçə gün sonra fırtınanın zəifləyəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden yaxınlaşan tropik fırtına səbəbilə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.


Oxşar Xəbərlər

Xəbər lenti