ABŞ-da qasırğa qurbanlarının sayı artdı

ABŞ-ın şərqində “İda” qasırğası nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.
Daha əvvəl ABŞ-ın şimal-şərqində 45, ölkənin cənub-şərqində 14 nəfərin öldüyü bildirilmişdi.
“İda” qasırğası avqustun 28-də Luiziananı bürüyüb və şimal-şərqə doğru getdikcə zəifləyib. Hətta zəifləmiş siklon belə şimal-şərq bölgəsinə güclü yağışlar və daşqınlar gətirib.
“İda” qasırğası nəticəsində Nyu-Cersi ştatında azı 27 nəfər, Nyu-York ştatında isə azı 17 nəfər həyatını itirib.


Oxşar Xəbərlər

Xəbər lenti