ABŞ "Əl-Qaidə" liderlərindən birinə qarşı əməliyyat keçirib

ABŞ Suriyanın İdlib şəhərində "Əl-Qaidə" terror təşkilatının liderlərindən birinin olduğu bölgəyə hava zərbəsi endirib.
Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib. Kirbi bildirib ki, hava zərbəsi gözlənilən kimi uğurlu alınıb. O həmçinin hücum zamanı heç bir mülki itkinin olmamasını da diqqətə çatdırıb. 
Kirbi həmin terrorçunun kimliyi ilə bağlı heç bir məlumat verməyib.


Oxşar Xəbərlər

Xəbər lenti